Sabiq nazir ölkədən qaçmaq istəyərkən SAXLANILDI

Banqladeşin Poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palak qonşu Hindistana uçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “United News of Bangladesh” portalı məlumat yayıb.

Bir sıra KİV ölkənin polis istintaq idarəsinin keçmiş rəhbəri Harun ər-Rəşidin hava limanında saxlandığını yazıb. Lakin o, xaricə getməsi ilə bağlı deyilənləri əsassız adlandırıb.

Musavat.com

06.08.2024 16:10
872