Aprelin 26-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, Abşeron yarımadasında mövsümə uyğun komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Aprelin 26-da dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.