Sabah Qənirə Paşayevanın 40 mərasimi keçiriləcək

Sabah (7 noyabr) mərhum millət vəkili Qənirə Paşayevanın 40 mərasimi keçiriləcək

Musavat.com xəbər verir ki,  Heydər Məscidində keçiriləcək mərasim saat 11:00-da başlayıb, 16:00-a qədər davam edəcək.

40 mərasimində Türk dünyasından gələn qonaqların, millət vəkillərinin, Qənirə Paşayevanın dostlarının, ailəsinin iştirakı gözlənilir.  

Yada salaq ki,  Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

Musavat.com

06.11.2023 13:49
2068