“Sabah”ın sabiq üzvünün Bakıdan çıxışına qadağa qoyuldu

“Sabah” futbol klubunun sabiq futbolçusunun Azərbaycandan çıxışına qadağa qoyulub.

Musavat.com xəbər verir ki, buna səbəb futbolçunun vergi borcunun olmasıdır.

Söhbət bir müddət “Sabah” FK-da forma geyinmiş Maruan Hadudidən gedir.

O, “Sabah”la yanaşı, Mərakeş millisində də çıxış edib. Mərakeşli futbolçu 2023/2024 mövsümündə “Sabah”da forma geyinib.

Qeyd edək ki, futbolçu rəsmi olaraq ADNSU-nun yataqxanasıda qeydiyyatdadır.

İlkin Muradov
Musavat.com

21.01.2025 09:56
658