Sabah evdən çıxmayın - XƏBƏRDARLIQ

"İsti günlərdə günvurmaların sayı çoxalacaq. Mümkün qədər saat 12-00-dan 17:00-a kimi evdən çıxmamaq məsləhətdir".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professor vətəndaşlara isti günlərdə sərin yerdə olmağı tövsiyyə edib: Həkim tap

"Bu saatlarda çimərliyə də getmək məqsədəuyğun deyil. Çünki günvurma həmişə bu saatlarda olur. Ulturabənövşəyi şüaların düz düşmə vaxtı da bu saatlara təsadüf edir. Ona görə də yaxşı olar ki, bu saatlarda evdə olun, sərin yerlərə üstünlük versinlər".

Adil Qeybulla isti havada günvurma halları baş verdikdə çıxış yollarını da açıqlayıb:

"Bu xəstələrdə bayılmalar baş verir. Təzyiqin enməsi, huşun getməsi, soyuq tər basması müşahidə edilərsə, onlar dərhal soyuq yerə köçürülməlidir. Xəstənin bədəni soyuq dəsmalla silinməli, alınına soyuq dəsmal qoyulub həkim çağırılmalıdır. İlk yardım düzgün və vaxtında yerinə yetirilsə insanların həyatını xilas etmək mümkündür”.

Qeyd edək ki, Ekologya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38° isti olacağı gözlənilir. 

resize.jpg (58 KB)

05.08.2024 23:50
12328