Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah çimərliklərdə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 3-də Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26° isti olacaq.

 

02.08.2023 16:42
596