İyulun 30-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacaq.
Bildirilib ki, sabah havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Nisbi rütubət gecə 40-50 %, gündüz 65-75 % təşkil edəcək.