Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Musavat.com-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Səbail rayonu, 20-ci sahə Arif İsmayılov və Yüzbəy Mürsəlov küçələri ilə yeni çəkilmiş yerüstü qaz xəttinin şəbəkəyə qoşulması, Nizami rayonu, E.Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin hündürlüyə qaldırılması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Səbail rayonu üzrə Lomonosov, Çerniyakov, İsmayılov, Y. Bədəlov küçələrinin, Nizami rayonu üzrə E.Süleymanov, Naxçıvani və B.Nuriyev küçələrinin, Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin qaz təchizatında fasilə yaranacaq.