Xəbər verdiyimiz kimi, Saatlıda avtomobil azyaşlını vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, martın 1-i saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 33 yaşlı Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 8 yaşlı P.Məmişovanı vurub. Sonuncu aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Avtomobilin azyaşlını vurduğu anın görüntülərini təqdim edirik: