Saatlıda kütləvi zəhərlənmə olub

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı kimyəvi maddədən baş verdiyi məlum deyil.

04.07.2022 15:05
365