Saatlıda FACİƏ! 19 yaşlı gənc BOĞULDU

Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

Hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.//Report

18.06.2024 20:56
636