Saat 17:00-a olan seçici fəallığı AÇIQLANDI

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir. (Report)

01.09.2024 18:02
760