Saat 15:00-a olan seçici fəallığı AÇIQLANDI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

Musavat.com-un məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub.

29.01.2025 15:41
518