Saat 11-dən sonra bu rayonlarda su kəsiləcək

Sanqaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri davam etdirilir.

Musavat.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir həssəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

16.09.2024 08:55
9385