Saakaşvili Zurabişvilini TƏNQİD ETDİ

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hazırkı dövlət başçısı Salome Zurabişvilini tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə o, xüsusi bəyanat yayıb.

Saakaşvilinin sözlərinə görə, Salome Zurabişvilinin Gürcüstan hökumətini tənqid etməsi onun üçün təəccüblüdür.

Halbuki vaxtilə məhz Salome Zurabişvili sabiq prezidentin həbsinə heç bir şəkildə etiraz etməyib.

Saakaşvili Zurabişvilinin məhkəmədən onu susdurmağı xahiş etdiyini də yazıb.

“İndi o, İvanişvilinin məhkəməsindən məni, əsas müxalifət partiyasının liderini susdurmağı tələb edir. Budur onun demokratik platforması? Axı demokratiya, ilk növbədə, ədalət və bərabərlikdir. Biz belə ədalətli və demokratik dövləti necə yarada bilərik?” - deyə Saakaşvili açıqlamasında bildirib.

Musavat.com

07.08.2024 15:11
2392