Ruttenin NATO-nun baş katibi təyin edilməsinə Kremldən şərh

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şimali Atlantika Alyansı Niderlandın keçmiş baş naziri Mark Ruttenin alyansın yeni baş katibi təyin olunması ilə fəaliyyətinin istiqamətini dəyişməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Yens Stoltenberq NATO-nun mənzil-qərargahında keçirdiyi iclasda təşkilatın baş katibi səlahiyyətlərini Rutteyə vermişdi.

"Biz gözləyirik ki, NATO alyansın işlədiyi istiqamətdə işləməyə davam edəcək", - Peskov qeyd edib.

Musavat.com

01.10.2024 13:48
451