Rüşvətə görə həbs olunan direktorla bağlı QƏRAR

Ali Məhkəmədə Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Musavat.com pravda.az-a istinadən xəbər verir ki, İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bildirilib ki, Z.Əhmədovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib.

Belə ki, Z.Əhmədovun barəsində 4 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası çıxarılıb. O, məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, Z.Əhmədov işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməyib.

O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət edən şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində alıb.

İstintaq dövründə Z.Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

14.07.2023 17:50
726