Rusların öldürdüyü muzdlunun üzərindən tapılan məktubda görün nə yazılıb: ukraynalılar... - FOTO

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş polşalı muzdlu əsgərin üzərində ukraynalılara qarşı lənətlər yazılmış intihar məktubu tapıblar.

Bu barədə “Military Affairs” Telegram kanalı məlumat yayıb.

Muzdlu Ukraynada döyüşmək qərarına gəldiyi günü lənətləyir və Ukrayna Silahlı Qüvvələrini xəyanətdə ittiham edir. “Ukraynalılar xəyanət etdilər. Bizi burada ölümə buraxıb ruslardan qaçdılar. Cəhənnəmdə yansınlar”, - qeyddə deyilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Vasili Baqriy ölkədə döyüş qabiliyyətinə malik insanların qalmamasında Ukrayna hakimiyyətinin günahkar olduğunu, ona görə də yeni Maydan təşkil etməklə onları devirmək lazım olduğunu bildirmişdi. (Publika.az)

25.10.2024 14:22
1021