Rusların İrəvan hava limanından çıxarılmasının qorxunc səbəbi: ABŞ sınaqlara başlayıb, Qafqazı dəhşətli fəlakət gözləyir

Ermənistan mətbuatına sızan məlumatlara görə, ABŞ və Qərbin daşıdığı hərbi yüklər hazırda bu qondarma ölkədə olan bioloji laboratoriyaların təchizatına yönəlib... Əsas iddialar ondan ibarətdir ki, ABŞ Ermənistanda qurduğu bioloji labaratoriyaların fəaliyyətini genişləndirmək niyyətinə düşüb və bu, hələlik müəmmalı xarakter daşıyır...

ABŞ və Qərb Cənubi Qafqaz uğrunda həlledici savaşa başlayıb. Belə ki, Qərb siyasi dairələri israrla Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə can atır. Artıq bu istiqamətdə kifayət qədər ciddi manevrlərin edilməkdə olduğu da müşahidə edilir. Və bütün bu maneələrdə məhz Ermənistan geopolitik alət kimi istifadə olunur.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ermənistana yerləşmək istiqamətində cəhdlər göstərdikcə, rəsmi İrəvanın Kremllə münasibətləri daha da korlanmaqda davam edir. Hətta son vaxtlar Paşinyan hakimiyyətinin Rusiyanı boykot etməyə çalışdığı da qətiyyən diqqətdən yayınmır. Hər halda, rəsmi İrəvanın Kremldən məsafə saxlamağa cəhd göstərdiyi artıq inkaredilməz reallıqdır. Və bütün bunlara Rusiyanın hələlik nisbətən tolerant yanaşması müəyyən mənada, gözlənilməz xarakter daşıyır.

Məsələ ondadır ki, Ermənistan KTMT-da fəaliyyətini tamamilə dayandırıb. İndi rəsmi İrəvan bu hərbi-siyasi qurumun toplantılarına demək olar ki, qatılmır. Eyni zamanda, Paşinyan hakimiyyəti KTMT-nın maliyyələşdirilməsi prosesindən də kənara çəkilib. Və bütün bunların Qərb siyasi dairələrinin birbaşa təlimatları ilə baş verdiyi isə qətiyyən şübhə doğurmur.

Untitled-1-Recovered.jpg (703 KB)

Maraqlıdır ki, rəsmi İrəvan KTMT-nın boykot olunmasına yönəlik növbəti addımı atmaqla, yenidən diqqətləri öz üzərinə çəkməyi bacarıb. Belə ki, Ermənistan KTMT-nın Rusiya ərazisində keçirilməsi planlaşdırılan növbəti hərbi təlimlərinə qatılmaqdan qəti şəkildə imtina edib. Yəni, rəsmi İrəvan demək olar ki, bu hərbi-siyasi qurumdan uzaqlaşıb. Və Ermənistanın KTMT çərçivəsində fəaliyyətə geri dönəcəyi hələlik o qədər də inandırıcı görünmür.

Belə anlaşılır ki, Ermənistanın KTMT üzvlüyü artıq formal xarakter daşıyır. İndi Ermənistanın KTMT-dan tamamilə çıxması üçün rəsmi İrəvanın bu barədə siyasi qərar qəbul etməsi və bunu elan etməsi tamamilə yetərli ola biləcək addımdır. Sadəcə, Paşinyan bu son addımın atılmasına hələlik cəsarət etmir. Çünki belə bir addım ayılarsa, bu, həm də Rusiya ilə hərbi müttəfiqliyin sona çatması anlamı daşıyacaq. Və Ermənistan hələlik buna qətiyyən hazır deyil.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti KTMT-da formal da olsa, qalmaqla, əslində, Kremlin açıq müstəviyə keçə biləcək qəzəbini tənzimləməyin mümkün olacağına ümid bəsləyir. Çünki rəsmi İrəvanın Rusiyaya açıq xəyanətinə baxmayaraq, Kreml Ermənistanın formal da olsa, KTMT üzvü olduğunu nəzərə almaq məcburiyyətindədir. Və bu, Kremli Ermənistana qarşı daha sərt, radikal addımlardan müvəqqəti də olsa, yayındırır.

Digər tərəfdən, Paşinyan hakimiyyəti KTMT-nın tərk rəsmən tərk ediləcəyi təqdirdə, Ermənistanın ümumiyyətlə, hərbi təhlükəsizlik sistemlərindən kənarda qala biləcəyindən narahatdır. Hər halda, ABŞ və Avropa Birliyi rəsmi İrəvandan Rusiyadan uzaqlaşmağı tələb etsə də, Ermənistanın təhlükəsizliyinə təminat verməkdə çətinlik çəkir. Üstəlik, Paşinyan hakimiyyəti də tam dəqiqliyi ilə anlayır ki, hazırda ABŞ və Qərb Ermənistanın təhlükəsizliyinə təminat vermək imkanlarına malik deyil. Və bu, rəsmi İrəvanı Rusiya ilə bütün körpüləri bir anda uçurtmaqdan ciddi şəkildə çəkindirir.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti olduqca qəliz situasiya ilə üzləşib. Hələlik, ABŞ və Qərbdən gələn bütün təlimatları maksimum səviyyədə dəqiqliklə yerinə yetirməyə çalışır. Ancaq Paşinyan hakimiyyəti Rusiyanın radikal davranmaq hüququnu təmin edəcək siyasi qərarların verilməsinə də qətiyyən cəsarət göstərə bilmir. Və bu, faktiki olaraq, Ermənistanın Qərb ilə Rusiya arasında vurnuxması anlamı daşıyır.

Ancaq bununla belə, rəsmi İrəvan xırda addımlarla da olsa, Rusiyadan uzaqlaşmaq istiqamətində manevrlərə davam edir. Paşinyan hakimiyyətinin Rusiya sərhədçilərini İrəvan hava limanından çıxarılması da belə manevrlərin sırasına daxildir. Belə ki, bundan sonra İrəvan hava limanı yalnız Ermənistan sərhədçiləri tərəfindən mühafizə olunacaq. Və bu, o deməkdir ki, Rusiya Ermənistanda daha bir nəzarət mexanizmini itirmiş oldu.

Təbii ki, rəsmi İrəvanın bu addımı da ABŞ və Qərbin birbaşa təlimatı ilə reallaşdırılıb. ABŞ, Avropa Birliyi və Fransa İrəvan hava limanına məhz Rusiya sərhədçilərinin nəzarət etməsindən ciddi şəkildə narahat idi. Çünki Qərb siyasi dairələrinin bütün fəaliyyəti böyük ölçüdə Rusiyanın birbaşa nəzarəti altında davam edirdi. Yəni, Kreml ABŞ və Qərbin Ermənistan yönəlik bəzi adamları barədə dərhal məlumat ala bilirdi. Və indi Kreml bu önəmli nəzarət mexanizmindən məhrum qalmış oldu.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)

Təbii ki, indi ABŞ və Qərb Ermənistan ərazisinə Rusiyanın birbaşa nəzarətindən yayınmaqla, öz hərbi kəşfiyyatçılarını göndərmək imkanları qazanıb. Eyni zamanda, Ermənistana göndərilən yüklər də Kremlin birbaşa diqqət mərkəzindən kənardadır. Üstəlik, son vaxtlar Ermənistana göndərilən yüklərin daha çox hərbi xarakterli olduğu da qətiyyən şübhə doğurmur. Və bu barədə yayılan bəzi məlumatlar isə Rusiyanı narahat etməli məzmun daşıyır.

Məsələ ondadır ki, Ermənistan mətbuatına sızan məlumatlara görə, ABŞ və Qərbin daşıdığı yüklər hazırda bu qondarma ölkədə olan bioloji laboratoriyaların təchizatına yönəlib. Əsas iddialar ondan ibarətdir ki, ABŞ Ermənistanda qurduğu bioloji labaratoriyaların fəaliyyətini genişləndirmək niyyətinə düşüb. Ağ Evin hansı səbəbdən belə bir ehtiyac duyduğu hələlik müəmmalı xarakter daşıyır. Və bunun bütün Cənubi Qafqaz üçün böyük təhlükə olduğu artıq o qədər də ciddi şübhə doğurmur.

Belə anlaşılır ki, ABŞ və Qərb Cənubi Qafqazı həm də bioloji sınaq məkanına çevirməyə çalışır. Bəzi məlumatlara görə, hazırda Ermənistanın ərazisində ABŞ-ın 15 bioloji laboratoriyası fəaliyyət göstərir. Bu obyektlərdə böyük ehtimalla yeni bioloji silahların hazırlanması məqsədilə araşdırmalar aparılır. Əgər, bu iddialar doğrudursa, onda deməli, Cənubi Qafqazın böyük fəlakət qarşısında olduğuna da elə bir şübhə yeri qalmır. Çünki həmin hərbi araşdırma obyektlərindən sızma bütün regionu yoluxdura və böyük kataklizmlərə yol aça bilər. Və bu baxımdan, Ermənistan ərazisində olan həmin bioloji laboratoriyalar Cənubi Qafqaz üçün real təhlükə mənbəyidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

06.08.2024 19:57
2500