Rusların 61%-i “xarici agent” adlandırılanları vətən xaini sayır

 


Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin sorğusunda iştirak edənlərin yarıdan çoxu (61%) xarici agentləri vətənə xəyanətkar hesab edir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, sorğunun nəticələri mərkəzin saytında dərc olunub.

“Xarici agentlərin kimlər olduğunu soruşduqda, on rusiyalıdan altısı (61%) “dost olmayan ölkələrin pulu müqabilində ölkəmiz haqqında yalanlar yayan xainlər” variantını seçir. Digər nöqteyi-nəzərdən, hakimiyyətin başqalarını qorxutmaq üçün cəzalandırmağa çalışdığı Rusiyada vətəndaş hüquqları və söz azadlığı uğrunda əcnəbi agentlərin mübariz olması isə cəmi 16% tərəfindən seçilib”, - hesabatda deyilir.

Respondentlərin yalnız 6%-i xarici agentlərə son dərəcə müsbət, 33%-i isə mənfi münasibət bəsləyir. Hər beşinci (22%) şəxs onlara qarşı neytral, hər üçüncü (34%) respondent isə vəziyyətdən asılı olaraq münasibət göstərir.

Qeyd edək ki, 2022-ci ilin fevralından bu günə qədər Ukraynada müharibənin əleyhinə çıxan tanınmış və fəal şəxslər “xarici agent” adlandırılır və onlara qarşı cinayət təqibi başlanılır.

Musavat.com

26.09.2023 14:11
363