Rusiya ordusu Çasov Yardakı bazanı ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gecə davam edən döyüşlər zamanı Rusiya hava-desant qüvvələri döyüş aviasiyasının və artilleriyasının köməyi ilə bazaya nəzarəti təmin edib.
Rusiya qoşunları uzun müddət Donbasın bu hissəsində mühüm müdafiə sərhədi və Ukrayna Silahlı Qüvvələrinin (USQ) logistika mərkəzi sayılan Çasov Yar şəhərinin kənarında hücum döyüşləri aparır. Rus analitiklərə görə Çasov Yarın “azad edilməsi” Rusiya Silahlı Qüvvələrinin (RSQ) manevr azadlığını təmin edəcək və hücumun inkişafı üçün bir neçə istiqamət açacaq.
Rusiya Silahlı Qüvvələrinin (RSQ) bölmələri Çasov Yar şəhərinin şərq kənarında döyüşür, Ukrayna qoşunlarının müdafiəsini və logistikasını məhv edirlər. Şəhər USQ üçün strateji əhəmiyyətini itirir. Çasov Yarın tutulması Rusiya ordusuna manevr azadlığı təmin edəcək və Konstantinovka, Kramatorsk, Slavyansk və H20 magistral yolunda (Slavyansk - Mariupol) olan digər yaşayış məntəqələrinə hücum üçün yolları açacaq. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 2024-cü ilin üç ayı ərzində Rusiya Federasiyasının yeni regionlarının 400 kvadrat kilometrdən çox ərazisi “azad edilib”.
Kiçik Çasov Yar şəhəri Artyomovskdan beş kilometr qərbdə yerləşir. Şəhərin mərkəzindən şərq şəhərətrafı ərazilərə qədər olan hündürlük fərqi 100 metrdən çoxdur. Bu cür coğrafiya Çasov Yarı müdafiə üçün əlverişli edir - ətraf ərazi bir neçə kilometrə qədər aydın görünür. Faydalı mövqelərinin itirilməsi istər-istəməz Ukrayna ordusunu qonşu yaşayış məntəqələrindən (möhkəmlənmiş ərazilərdən) - Nikolayevka, Çernovoy, Novodmitrovka və Konstantinovkadan geri çəkilməyə məcbur edəcək. Sonuncu Ukrayna Silahlı Qüvvələrinin Donbas qruplaşmasının qərargahlarından birinin yerləşdiyi Kramatorska hücumu üçün Rusiya qoşunlarının etibarlı plasdarması ola bilər.
Rusiya Ukrayna ordusunun Jitomirdəki neft bazasını da məhv edib. Rusiya Teleqram kanalları məlumat yayıb. Novoqrad-“Volınska böyük zərbə endirildi. Rusiya ordusu “Geran” PUA-ları ilə Jitomirdə düşmənin neft anbarını məhv etdi”, - məlumatda qeyd olunub. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb.
Rus qoşunları Avdeyevkadan qərbə doğru daha 2-3 kilometr irəliləməyi bacarıb. Bu da Almaniyanın “BILD” nəşrinin analitik qrupu tərəfindən hazırlanan materialda bildirilir. Qeyd olunur ki, analitiklər son 10 gün ərzində döyüş meydanından əldə edilən nəticələrə uyğun belə bir qənatə gəliblər.
Son on gündə rus ordusu Avdeyevkadan qərbə doğru irəliləyib. Ən əhəmiyyətli irəliləyişlər Pervomayskidə, Tonenko ilə Umanski arasında və Semyonovkada olub.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Vaqif Hüseynlə Ukraynadakı ağır şəraiti müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: