Rusiyanın Murmansk vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Çibis bildirib.
Qeyd olunub ki, Federal Hava Nəqliyyatı Agentliyi Murmansk və Apatiti hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib. Müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Bundan əvvəl “Shot” teleqram kanalı Murmansk vilayətində peyda olan PUA-lardan birinin Norveçdən uçduğu iddiası ilə bağlı məlumat yayıb.
Məlumata görə, Arxangelsk vilayəti istiqamətinə uçan daha iki PUA görünüb.
Musavat.com