Yunanıstandan Rusiyaya gedən Vyetnam bayraqlı "Sea Marine 1" tankerinin Çanaqqala boğazında mühərriki sıradan çıxıb.
Musavat.com Türkiyə Sahil Mühafizəsinin məlumatına istinadən xəbər verir ki, tanker lövbərə çəkilib:
“Yunanıstandan Rusiyaya gedən 180 metrlik boş “Sea Marine 1” tankeri Çanaqqala-1915 körpüsü yaxınlığından Çanaqqala boğazından keçərkən mühərrikində nasazlıq yaranıb. Tanker Şevketiye bölgəsi sahilinə dartılıb və orada lövbər atıb”.
Musavat.com