Rusiyaya kütləvi PUA hücumu ilə bağlı SON DƏQİQƏ MƏLUMATI - RƏSMİ

Xəbər verdiyimiz kimi, Rusiya ərazisi kütləvi PUA hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 144 pilotsuz təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 72 PUA Bryansk vilayəti, 20-si Moskva, 14-ü Kursk, 13-ü Tula, 8-i Belqorod, 7-si Kaluqa, 5-i Voronej, 4-ü Lipetsk, biri isə Oryol vilayəti üzərində vurulub.

Musavat.com

10.09.2024 09:20
908