Ukrayna Rusiya ərazisinə ötən gecə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.
Qeyd olunub ki, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanları fəaliyyətini dayandırıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Moskva vilayətinin müxtəlif ərazilərində 13 pilotsuz təyyarə vurulub. Onlardan biri Ramenskoyedə çoxmərtəbəli binaya çırpılaraq 11-12-ci mərtəbələrdə yanğına səbəb olub. Ölən və yaralananlar barədə məlumat verilmir.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bölgəyə kütləvi hücum zamanı 59 PUA-nın vurulduğunu bildirib.
Yayılan son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus 144 pilotsuz təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
@@TVmusavat/95235@@
Musavat.com