Rusiyaya gedənlərə ŞOK XƏBƏR: Ailə ilə buraxmayacaqlar

Bazar ertəsi, avqustun 19-da Rusiya Dövlət Dumasının LDPR-dən olan bir qrup deputatı miqrant işçilərin ailələrini Rusiyaya daşımasını qadağan edən qanun layihəsini parlamentin aşağı palatasına təqdim edəcək.

Sənədin izahat qeydinə əsasən, əmək müqaviləsi ilə işləmək üçün Rusiya Federasiyasında müvəqqəti olan əməkçi miqrantın ailə üzvləri kimi ölkəyə gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisinə girişinin qadağan edilməsi təklif edilir.

Sənəd müəlliflərinin bildirdiyinə görə, təşəbbüs Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında yaşayan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün digər qanuni əsasları olmayan aşağı ixtisaslı mütəxəssislərə şamil ediləcək.

Yüksək ixtisaslı əcnəbi işçilərin ailə üzvləri üçün istisnalar ediləcək./Publika.az

19.08.2024 11:02
2136