Rusiyanın yeni ŞOK itkiləri

Ukrayna hərbi aviasiyası yanvarın 4-də Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə 17, Rusiya Federasiyasının zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus qoşunlarının 2 toplanma məntəqəsini, hərbi texnikanı və sursat anbarını vurub.

04.01.2023 22:34
2263