Musavat.com xəbər verir ki, Andrey Belousov Rusiyanın müdafiə naziri təyin olunmazdan əvvəl Rusiya Federasiyası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. O, 2020-ci ildən hökumətdə işləyib və iqtisadi bloka nəzarət edib.
Yeni müdafiə naziri haqqında daha nə məlumdur:
☑️ Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib;
☑️ 2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb;
☑️ 2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini, iqtisadi inkişaf nazirinin müavini, 2008-2012-ci illərdə hökumətdə İqtisadiyyat və maliyyə departamentinin direktoru;
☑️ 2012-2013-cü illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri vəzifəsində çalışıb;
☑️ 2013-cü ildən 2020-ci ilə kimi yeddi il ərzində Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsində çalışıb.
Musavat.com