Rusiyanın yeddi aylıq büdcəsi AÇIQLANDI - gəlirlərdə 8 faizlik azalma

Bu ilin yanvar-iyulunda Rusiya dövlət büdcəsində 2,81 trilyon rubl həcmində kəsir yaranıb.

Musavat.com ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yeddi ayda Rusiya büdcəsinə 14,525 trilyon rubl gəlir daxil olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azdır. Nazirlik bildirir ki, son aylarda büdcəyə neft-qaz daxilolmalarında davamlı artım qeydə alınır.

Yanvar-iyulda Rusiya büdcəsindən 17,341 trilyon rub xərclənib. Bu, illik ifadədə 14 faiz çoxdur. Beləliklə, 2,81 trilyon rublluq büdcə kəsiri yaranıb. Qeyd edək ki, büdcə qanununa əsasən ilin sonuna kəsirin həcmi 2,95 trilyon rubl olmalıdır.

Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyulunda dövlət büdcəsinin neft-qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azalaraq 4 trilyon 193 milyard rubl təşkil edib. Ötən ilin 7 ayında bu göstərici 7 trilyon 146 milyard rubl olmuşdu.

Musavat.com

08.08.2023 19:35
586