Rusiyanın xarici ticarətində rublla ödənişlər rekorda həddə çatıb

İyun ayında Rusiyanın xarici ticarət əməliyyatlarının ödənişində rublun payı yüksəlib. Musavat.com xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankının saytında dərc edilmiş xarici ticarət müqavilələri üzrə malların tədarükü və xidmətlərin göstərilməsi üçün ödənişlərin valyuta strukturu haqqında ilkin məlumatlarda qeyd edilib.


İlk dəfə apreldə idxalda rublla ödənişlərin payı 41,2 faizə, iyunda isə 42,9 faizə çatıb.

İyun ayında Rusiyanın ixracı üçün rublla ödənişlərin payı 43,0 faizə yüksəlib.

2024-cü ilin ikinci rübündə Rusiyanın idxalının həcmi birinci rüblə müqayisədə 6,5 faiz artaraq 90,1 milyard dollara, rublla ödənilənlər isə 24,5 faiz artaraq 37,8 milyard dollara çatıb.

İkinci rübdə Rusiyanın ixracının həcmi birinci rüblə müqayisədə 3,8 faiz artaraq 115,3 milyard dollar, rublla ödənilən məbləğ isə 4,5 faiz artaraq 46,3 milyard dollar olub.

Musavat.com

15.08.2024 20:40
421