Rusiyanın xarici ticarətində müsbət saldo yenə artdı, amma bu dəfə...

2023-cü ilin yanvar-iyul aylarında Rusiyanın xarici ticarət balansının müsbət saldosu 13,6 milyard dollar artıb. Musavat.com Rusiya Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, göstərici ötən ilin eyni döründəki 63 milyard ABŞ dollarına qarşı bu ilin yeddi ayında 76,6 milyard ABŞ dollarına yüksəlib.

Rusiya Bankı artımın əsasən idxalın azalması hesabına baş verdiyini bildirir.

Eyni zamanda cari əməliyyatlar hesabının profisiti iyulda sıfıra yaxın olub (-0,5 milyard dollar, 2024-cü ilin iyununda +5,1 milyard dollar). Tənzimləyicinin bəyanatında deyilir ki, cari əməliyyatlar balansının azalması əsasən Rusiya şirkətləri tərəfindən elan edilmiş dividendlər və xidmət idxalı üzrə hesablamaların mövsümi artımı, eləcə də ticarət balansının profisitinin bir qədər azalması ilə bağlıdır.

Musavat.com

13.08.2024 18:18
404