Aldadılaraq Rusiyaya gətirilib, Ukraynadakı müharibəyə cəlb edilən 45 Hindistan vətəndaşı ordudan buraxılıb.
Musavat.com xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, daha 50 hindistanlı hələ də müharibə zonasındadır və onların vətənlərinə qaytarılması üçün səylər göstərilir.
Hindistan öz vətəndaşlarının aldatma yolu ilə Rusiya Silahlı Qüvvələrinə (SQ) cəlb olunduğunu elan edib: “Yeni Dehlidən Tamil Naduya qədər uzanan insan alveri şəbəkəsi sosial media platformalarından və yerli agentlərdən istifadə edərək insanlara gəlirli iş və ya Mərkəzi Təhqiqat Bürosunun “şübhəli özəl universitetlər” hesab etdiyi ali məktəblərə qəbul təklif ediblər”. Təklifə inananların Rusiyaya çatan kimi pasportları götürülüb və onlar cəbhəyə göndərilməzdən əvvəl döyüş təlimi keçiblər.
Yüzə yaxın Hindistan vətəndaşı bu vəziyyətdə tələyə düşüb və ən azı dörd hindistanlı Rusiya-Ukrayna münaqişəsində ölüb.
Qeyd olunur ki, bu ilin əvvəlində ordu forması geyinmiş bir qrup hindistanlı kişi aldadılaraq Ukrayna müharibəsində iştiraka cəlb olunduqlarını deyərək və kömək istəyiblər.
Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi Moskvada Vladimir Putinlə görüşdə Ukrayna müharibəsinə cəlb olunan ölkə vətəndaşlarının geri göndərilməsi məsələsini qaldırıb. Bundan sonra bütün hindistanlıların ordudan tərxis olunmasına dair fərman imzalayıb.
Musavat.com