Suriyanın Latakiya vilayətində yerləşən Rusiya hərbi bazası Xmeymim naməlum dronlar tərəfindən hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Suriya KİV-lərin məlumatına görə, Xmeymim üzərində gecə saatlarında naməlum uçuş aparatları məhv edilib.
Rəsmi olaraq, Rusiyanın hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə məlumat hələ ki, təsdiqlənməyib.
Musavat.com