Dekabrın 29-u gecə və səhər Rusiya Ukraynaya növbəti kütləvi hücuma ən azı 1,273 milyard dollar xərcləyib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatlarına əsaslanan hesablamalar sübut edir.
Rusiyanın Ukrayna ərazisinə atdığı raketlərin siyahısı:
36 ədəd "Şahed-136/131" hücum PUA-ları;
Ən azı 90 ədəd havadan buraxılan qanadlı raketlər X-101/X-555/X-55;
8 ədəd X-22/X-32 qanadlı raketləri;
14 ədəd S-300/S-400/"İskəndər-M" ballistik raketləri;
5 ədəd X-47M2 "Kinjal" aeroballistik raketləri;
4 ədəd X-31P radar əleyhinə raketlər;
Bir ədəd X-59 raketi.
Qeyd edək ki, X-47 "Kinjal" hipersəs raketinin qiyməti 10 milyon dollardan başlayır, 5 buraxılışın ümumi dəyəri 50 milyon dollardır.
İranın "Şahed-136/131" hücum PUA-larının birinin qiyməti 20 min dollardan 50 min dollara qədərdir. Yəni 36 belə PUA ən azı 720 min dollara başa gəlir.
"Forbes"in məlumatına görə, X-101 raketinin dəyəri 13 milyon dollardır, yəni buraxılan raketlərin ümumi dəyəri 1,17 milyard dollardır. X-22 raketinin qiyməti 1 milyon dollar qiymətləndirilir, buraxılan raketlərin ümumi məbləği 8 milyon dollardır.
"İsgəndər-M" ballistik raketi 3 milyon dollara başa gəlir, istifadə olunan bu tipli bütün raketlərin ümumi dəyəri 42 milyon dollardır.
Həmçinin "Forbes"in digər məlumatına görə, X-31P və X-59 raketlərinin hər birinin dəyəri 0,5 milyon dollardır. Beləliklə, ümumi qiymət 2,5 milyon dollardır.
Ümumilikdə dekabrın 29-u gecə və səhər saatlarında Ukraynaya atılan raket və pilotsuz təyyarələr Rusiyaya 1 milyard 273 milyon 220 min dollara başa gəlib.
Musavat.com