Rusiyanın ŞOK itkiləri açıqlandı

Ötən həftə Rusiya Ukraynada təxminən 4000 hərbçi və 224 hərbi texnika itirib.

Musavat.com-un UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant Aleksandr Pavlyuk yayıb.

Generalın sözlərinə görə, martın 27-dən aprelin 2-dək Ukrayna hərbçiləri 23 tank, 39 zirehli döyüş maşını, 56 artilleriya sistemi, 5 reaktiv yaylım atəşi sistemi, 2 hava hücumundan müdafiə qurğusu, 51 avtomobil və 14 xüsusi təyinatlı texnikanı məhv edib.

Bundan əlavə, bir Rusiya təyyarəsi və 33 pilotsuz uçuş aparatı vurulub.

Musavat.com

02.04.2023 19:30
1416