Rusiyanın Vladivostok şəhəri ərazisində Desantnaya körfəzinda ardıcıl iki güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, rəsmi qurumlar partlayışın səbəbini açıqlamırlar.
Primorsk diyarının antiterror komissiyasının açıqlamasına görə, hadisə bu gün səhər saatlarında baş verib: "Bu gün səhər tezdən Vladivostokda əməliyyat xidmətlərinin məlumatına görə, Desantnaya körfəzi ərazisində iki partlayış baş verib. Xüsusi və təcili xidmətlər hadisə yerinə gəlib. Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, Şamora buxtası ilə Şçitovaya arasında nəqliyyatın hərəkəti qismən bağlanıb".
Rəsmi qurumların məlumatına əsasən təhlükə zərərsizləşdirilib, tələfat yoxdur. Hadisə yerində təhlükəsizliyin təmin edilməsi üçün bir sıra tədbirlər görülür.
Yerli sakinlər partlayışlarla eyni vaxtda buxta üzərində hərbi helikopterlərin uçduğuna dair məölumat yayıblar.
Musavat.com