Rusiyanın “şeytanı”: Nikolayın arvadının “sevgilisi” Rasputin kimdir? - VİDEO

Qaranlıq, soyuq, vahiməli qış gecəsi idi. Rusiya Dövlət Dumasının deputatı Purişkeviç yatmamışdı. O, Rasputinin ölüm xəbərini xüsusi sevinclə yazırdı.

1916-cı il dekabrın 30-u Petroqrad səhəri bu sevindirici xəbərlə açdı. Bəli, sevindirici...

Hadisə Yusupovların məşhur sarayında baş vermişdi. Sui-qəsdin təşkilatçıları isə böyük knyaz Dmitri Pavloviç, knyaz Yusupov, Rusiya Dövlət Dumasının deputatı Purişkeviç, Porutçik Suxotin və doktor Lazavert idi.

Cüssəli, vahiməli Rasputin yerdə uzanmışdı. Knyaz Yusupov ona atəş açmışdı. Dövrünün mifik adamı, sirli şəxsiyyəti, imperatriçanın ən yaxınında olan, birmənalı qarşılanmayan və rus imperator sarayında söz sahibi Rasputin...

Rasputinin “mən nə qədər yaşayacağamsa, çar sülaləsi də o qədər yaşayacaq” kəhanəti də doğru çıxır. Onun ölümündən sonra imperiyanın süqutu başlayır.

O, fövqəladə qüvvəsi, şeytani gücü, kəhanətləri ilə öldürüləcəyini də əvvəlcədən bilirdi.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

17.11.2023 03:43
3152