Rusiya təhlükəsizliyi təmin etmək üçün immiqrasiya qanunlarını sərtləşdirir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın xarici işlər nazirinin müavini Almaz İmanqaziyev məlumat verib.
O bildirib ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etməyə borcludur. Onun sözlərinə görə, bu, təkcə Qırğızıstan vətəndaşlarına aid deyil, çünki yoxlamalar bütün əcnəbilərə aiddir.
İmanqaziyev əlavə edib ki, miqrantlar üçün çətinliklər “Krokus Siti Holl”da baş verən terror aktından sonra başlayıb. O bildirib ki, bu məsələ Xarici İşlər Nazirliyində nəzarətindədir və artıq bir neçə dəfə Rusiyadan olan həmkarları ilə, o cümlədən Avrasiya ölkələrinin sonuncu sammitində müzakirə olunub.
Qeyd edək ki, sözügedən terror aktının əsas fiqurantları Tacikistandan olan dini ekstremistlər olsa da, Rusiyanın, demək olar ki, bütün şəhərlərində qırğızlara və özbəklərə qarşı da münasibət pisliyə doğru dəyişib. Artıq Türküstan respublikalarından yüz minlərlə əmək miqantı öz vətənlərinə qayıdıb.
Musavat.com