Rusiyanın insan hüquqları üzrə ombudsmanı Tatyana Moskalkova Qətərdə keçirilən uşaqlar və digər həssas qrupların hüquqlarına dair konfransda bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Rusiyanın sərhədyanı bölgələrində 398 nəfər həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yayılıb.
O, həmçinin qeyd edib ki, daha 1157 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.