Rusiyanın səfiri Karlovun qətli ilə bağlı daha bir nəfər həbs edilib

İstanbulda keçirilən əməliyyatda Rusiya səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mövlud Mert Altıntaşın yaxını, FETÖ-cü terror təşkilatının üzvü Ş.S.-nin həyat yoldaşı A.S.  adlı qadın Bəylikdüzü rayonunda tutularaq nəzarətə götürülüb.

Ş.S. özü isə illər öncə “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun həyat yoldaşı A.S.-nin də ByLock məlumat qeydinə sahib olduğu və yazışmalar apardığı aşkarlanıb.

A.S.-nin evində aparılan axtarışlar zamanı 1 ədəd mobil telefon, 1 ədəd sim kart aparatı, 2 ədəd sim kart, 1 ədəd yaddaş kartı götürülüb.

Bildirilib ki, proses başa çatdıqdan sonra A.S. məhkəməyə çıxarılacaq.

Rusiya səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da qatıldığı sərgidə öldürüldükdən sonra onun qatillinin FETÖ üzvü olduğu məlum olub.

Cinayət təşkilatının üzvü olan bir çox adam Karlova sui-qəsddə mühakimə olunaraq mühakimə olunub.

Ekspertlər bu cinayətin törədilməsinin məqsədinin 2016-cı ildə onsuz da münasibətləri gərgin olan Rusiya və Türkiyənin arasını bir az da vurmaq və iki dövləti müharibəyə çəkmək olduğunu bildiiridilər.

Musavat.com

 

15.08.2023 13:20
1179