Rusiyanın raket hücumu nəticəsində 51 nəfər mülki şəxs yaralanıb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə şəhərinə raket hücumundan sonra 51 nəfər mülki şəxs yaralanıb.

Qeyd olunur ki, raketlər havada zərərsizləşdirilsə də onların qalıqları yaşayış ərazilərinə düşüb və nəticədə insanlar xəsarət alıblar.

Məlumatı Kiyev meri Vitali Kliçko da təsdiq edib.

O bildirib ki, xəsarət alanlardan 18-nin səhhətində narahatlıq olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

13.12.2023 11:24
399