İsveçin xarici işlər naziri Tobias Billström Rusiyanın köhnəlmiş və yararsız tankerlərdən istifadə etməsi səbəbindən Baltik dənizində hipotetik “ekoloji fəlakətin” qarşısını almaq üçün yeni qaydalar qəbul edilməsi və mexanizmlərin inkişaf etdirmələrinin zəruriliyini bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu barədə “The Guardian” qəzetinə müsahibəsində bildirib.
İsveç nazirinin sözlərinə görə, Rusiyanın neft tankerləri Baltik dənizindən bütün dəniz qaydalarını pozaraq keçir və bu, “ekoloji xaos”la nəticələnə bilər. Billström deyib: "Bir çox hallarda dənizə çıxa bilməyən və ya suya çox yaxın olan bu gəmilərdən birindən toqquşma və ya yanacaq sızması səbəbindən ciddi problem yaranarsa, hamımız əziyyət çəkərik".
İsveç və Finlandiyanın NATO-ya daxil olması, Billströmin fikrincə, Baltik dənizindəki strateji vəziyyəti dəyişib və Baltik dənizindəki ən mühüm adanın - Qotlandın güclənməsinə səbəb olub.
Musavat.com