Rusiyanın keçmiş Baş prokurorunun oğlu mənzilində ölü tapıldı

Rusiyanın keçmiş Baş prokuroru Valentin Stepankovun oğlu Denis Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı Denis Stepankovun ölümü kriminal xarakter daşımır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Valentin Stepankov Rusiya Federasiyasının 1991-1993-cü illərdə ilk Baş prokuroru olub.

15.04.2024 17:08
1201