Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Musavat.com UNİAN-a məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 162 560 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 504 tank, 6 810 zirehli maşın, 2 539 artilleriya sistemi, 503 reaktiv yaylım atəşi sistemi, 265 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 289 helikopter, 2 145 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 394 avtomobil texnikası və avtosistern, 257 xüsusi texnikadan ibarətdir.
Musavat.com