Rusiyanın ən zənginləri - Vahid Ələkbərovun sərvəti bu qədər ARTDI

"Bloomberg Billionaires Index"in məlumatına görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 17,762 milyard dollar artıb.

Musavat.com xəbər verir ki, ilin əvvəlindən “Eurochem”in həmtəsisçisi Andrey Melniçenko 6,28 milyard dollar qazanıb.

1693593860_685124_src.jpg (34 KB)

Andrey Melniçenko

Qeyd olunub ki, onun sərvəti 25,1 milyard dollara yüksəlib.

“Severstal”ın əsas səhmdarı və şirkətin direktorlar şurasının sədri Aleksey Mordaşovun sərvəti isə 4,83 milyard dollar artaraq 25,7 milyard dollara çatıb.

f-3.jpg (113 KB)

Aleksey Mordaşov

Eyni zamanda, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 2,78 milyard dollar qazanıb, onun sərvəti 27,4 milyard dollara yüksəlib.

resize.php.jpg (46 KB)

 Vahid Ələkbərov

Məlumatə görə, ən böyük itkini təbii qaz istehsalçısı "Novatek" şirkətinin səhmdarı Gennadi Timçenko verib.

1644705_6.jpg (82 KB)

Gennadi Timçenko

Belə ki, onun sərvəti 3,14 milyard dollar azalaraq 11 milyard dollara düşüb.

Xatırladaq ki, 2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı "Bloomberg Milyarderlər İndeksi"ni dərc edir.

Musavat.com

03.06.2024 13:46
1784