Rusiyada neft sənayesində vergi yükünün davamlı artımı sektor iqtisadiyyatının modelini məhv edir.
Musavat.com xəbər verir ki, bu fikirləri Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in rəhbəri İqor Seçin səsləndirib.
Onun sözlərinə görə, “Rosneft” Rusiyanın ən böyük vergi ödəyicisi kimi ilin birinci yarısında 2,8 trilyon rubl vergi ödəyib, lakin yükün davamlı artması bütün neft sənayesinə mənfi təsir göstərir, onun iqtisadi modelini məhv edir və səhmdarların hüquqlarını pozur.
Seçin qeyd edib ki, son üç ildə neftçilərin vergi yükü 75 faiz təşkil edib: “Vergi yükünün davamlı artması neft sənayesinə mənfi təsir göstərir. Rusiya Federal Vergi Xidmətinin və Rusiya Maliyyə Nazirliyinin məlumatına görə - 2019-2023-cü illər üçün neft sənayesində vergi yükü 75 faiz təşkil edib”. Onun sözlərinə görə, eyni dövrdə sənayenin digər sahələrində vergi yükü dəfələrlə azdır: bank sektorunda – 27 faiz, mədənçıxarma və metallurgiya sənayesində - 35 faiz, almaz və qiymətli metalların çıxarılmasında – 31 faiz, qaz sənayesi – 62 faiz.
Seçin onu da qeyd edib ki, vergi yükünün ağırlığı “Rosneft”də sayı 1,3 milyonu ötmüş fərdi səhmdarların hüquqlarını pozur.
Musavat.com