Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti Marina Politsemako vəfat edib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, aktrisa 87 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Marina Taqanka teatrının ən yaşlı aktrisası idi. Aktrisa onlarla tamaşada, o cümlədən "Burada şəfəqlər sakitdir", "Sahildəki ev", "Ağıldan vay"da oynayıb.

10.09.2024 20:10
396