Rusiyanın dünyada axtardığı şəxs Bakıda ələ keçdi

Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

Azərbaycan əsilli 30 yaşlı Rüfət Qurbanov dələduzluqda təqsirli bilinir.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Lakin o, istintaqdan yayındığı üçün hüquq-mühafizə orqanları tərəfindən barəsində beynəlxalq axtarış elan olunub.

Rusiyanın sorğusu əsasında R. Qurbanovun Bakı şəhərində gizləndiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.//Lent.az

23.05.2024 14:15
1193