Rusiyanın dondurulmuş aktivlərindən 5 milyarddan çox gəlir əldə edilib

2024-cü ilin doqquz ayı ərzində Rusiyanın Euroclear platformasında dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlir təxminən 5,15 milyard avro təşkil edib.


Musavat.com xəbər verir ki, bu məlumat Euroclear-ın 9 aylıq hesabatında əksini tapıb.

Hesabata görə, əldə olunan gəlirdən Belçika hökumətinə 1,27 milyard avro məbləğində vergi ödənilib. Ümumilikdə depozitarın hesabında 176 milyard avroluq Rusiya vəsaiti var.

Bundan əvvəl Avropa Komissiyası Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlər hesabına G7 qrupu ilə birlikdə Ukraynaya 50 milyard dollar kredit ayrılması mexanizmini təsdiqləyib.

Musavat.com

31.10.2024 21:02
235