Rusiyanın daha bir telekanalından Azərbaycana qarşı təxribat - VİDEO

Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribatlar davam edir.

Musavat.com xəbər verir ki, ölkənin "birinci kanal"ının ardınca indi də “Rossiya 24” məkirli mövqe ilə çıxış edib. 

Belə ki, kanalda erməni əsilli rus ekspert Semyon Bağdasarov və jurnalist Hayk Xalatyanın iştirakı ilə keçən müzakirədə Qarabağın Azərbaycanın tərkibində qala bilməyinin mümkünsüzlüyü qeyd olunub. 

Həmçinin, 4 dəqiqəlik sujetdə Vaşinqton tərəfindən təklif olunan sənədin həll yolu olmadığı, burada Ermənistan üçün heç bir güzəştin qeyd edilmədiyi bildirilib. 

25.10.2022 17:51
1028